Avropa
ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal
İngiltərənin şərqindəki Saffolk qraflığında yerləşən Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Leykenhit aviabazasına hücum olub.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Belə ki, aviabazaya dislokasiya olunmuş ABŞ hərbçiləri altıdan çox pilotsuz uçuş aparatının (PUA) hücumunu dəf ediblər.
Agentliyin məqaləsində qeyd edilib ki, insident zamanı PUA hücumlarının qarşısını almaq üçün ABŞ-ın xüsusi antidron texnologiyalarından uğurla istifadə edilib. Maraqlıdır ki, nə Britaniya, nə də ABŞ mütəxəssisləri vurulan dronları aşkarlaya bilməyiblər.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, noyabrın 14-də də Leykenhit bazası üzərində pilotsuz uçuş aparatları qeydə alınmışdı. Həmin vaxt "şübhəli və icazəsiz dron fəallığı" səbəbindən ABŞ hərbi personalı sığınacaqlara yerləşdirilmişdi.
Müəllif: Tural
-
Avropa11:04ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır






.jpg)






.jpg)





















