Avropa
Türkiyəyə qarşı SİLAHLANMA QƏRARI - Yunanıstan və Fransa vaxtı təyin etdi
Yunanıstan 5 il ərzində bir çox ölkədən, əsasən də “Oruc Rəis” gərginliyi zamanı əsas dəstəkçisi olan Fransadan 10 milyard avro dəyərində silah satın alacaq.
Publika.az-ın məlumatına görə, Yunanıstan silahlanma proqramlarına əlavə olaraq Parislə yeni müdafiə əməkdaşlıq müqaviləsi imzalayacaq.
Yunan mediasının yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis böyük ehtimalla müqaviləni 10 sentyabrda imzalayacaq.
Hazırda yunan heyəti biri 2020-2021, digəri 2020-2025-ci illər üçün nəzərdə tutulan iki silahlanma proqramı üzərində işləyir. İlk mərhələdə quru və dəniz qüvvələrindəki işləməyən helikopterlərin, eyni zamanda əksəriyyəti uçmağa yararsız olan 44 ədəd “Fransız Miraj” döyüş təyyarələrinin 1-1,5 milyard avroya lazımi ehtiyat hissələri dərhal sifariş ediləcək. Bundan əlavə, Almaniyadan alınan 214 tipli və 209 tipli sualtı qayıqlar üçün 33 yeni torpedo və 4 ədəd “Sikorskay” helikopteri alınacaq. 5 illik silahlanma proqramında Fransanın ən böyük paya sahib olacağı proqnozlaşdırılır.
Yunanıstan Hərbi Hava Qüvvələri üçün 12 və ya 18 ədəd “Rafale” tipli döyüş təyyarələrinin alınması üçün danışıqlar aparılır. Bu döyüş təyyarələri ötən həftə Şərqi Aralıq dənizində Fransa, Yunanıstan, İtaliya və Cənubi Kipr rəhbərliyinin iştirakı ilə keçirilən ortaq təlimlərdə istifadə edilib. Bundan əlavə, Dəniz qüvvələri üçün 4 freqatın modernləşdirilməsi, həmçinin Fransadan yeni (2-2,5 milyard avro dəyərində) freqatların alınması planlaşdırılır.
Akqabay
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm












.jpg)
.jpg)





.jpg)













.png)




