Avropa
Prezidentdən ŞOK XƏBƏRDARLIQ - Yeni QARŞIDURMA OLACAQ
Şimali Makedoniya Prezidenti Stevo Pendarovski Balkanlarda sərhəd dəyişikliyi ilə bağlı fikirlərin son dərəcədə təhlükəli olduğunu bəyan edib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Prezident Balkanlarda sərhədlərin dəyişdirilməsinin qarşıdurmaya yol açacağına səbəb olacağı haqda xəbərdarlıq edib.
Şimali Makedoniyanın sərhəd dəyişikliklərini əsla qəbul etməyəcəyinə vurğu edən Pendarovski bu halların gətirəcəyi nəticələrin ağır olacağını anons edib:
"Lozanna razılaşması nəticəsində çox acı çəkən bu insanların bəziləri ilə danışmaq mümkündür. Hələ də ruhlarında ağır yaralar daşıyırlar və evlərini heç görməyibər. Türkiyə və Yunanıstanı dəyişdirən hadisədir”.
Prezident Avropa Birliyi ölkələri və NATO üzvü olan dövlətlərin liderləri ilə görüşlərini xatırladaraq bildirib ki, heç kimsə bunu dəstəkləməməlidir.
Qeyd edək ki, Balkan ölkələrindəki media qurumlarında yayılan sənəddə Bosniya və Herseqovinanın Serbiyaya, Kosovanın isə Albaniyaya birləşdirilməsindən bəhs edilib.
“Qərbi Balkanlar-Əlavə” başlığı ilə hazırlanan sənədin Sloveniyanın rəsmi mövqeyi olmadığı və bunun keçmiş Yuqoslaviya ilə qarşılaşdığı problemlərin “həlli” olduğu iddia edilib. Bosniya və Hersoqovinanın Avropa Birliyi üzvlüyünün rədd edilməli olduğunu qeyd edən sənəddə bölgədəki boşluqlardan Türkiyənin faydalandığı iddia edilib və Ankaranın Şimali Makedoniya ilə Bosniya və Herseqovinaya xüsusi təsiri olduğu bildirilib.
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu























.png)












.jpg)