Avropa
Generallardan XƏBƏRDARLIQ: Fransanın parçalanması...
Fransada ehtiyatda olan 16 generalın "İslamçılığa və Fransanın parçalanmasına qarşı qlobal strategiya" hazırlanması və "vətəndaş müharibəsi" xəbərdarlığı ilə bağlı parlamentdəki siyasi qruplara sənəd göndərdiyi ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat "Le Journal du Dimanche" qəzetinin xüsusi hesabatında yer alıb.
Sənədi imzalayan generallardan birinin qeyd etdiyinə görə, bu sənəd sağçı "Valeurs actuelles" jurnalının veb-saytında yayımlanan və istefada olan generalların Prezident Emmanuel Makrona xəbərdarlıq etdiyi bəyannamə ilə əlaqəli deyil. Generallardan ikisinin isə “Valeurs actuelles”də bəyannaməni imzalayanların arasında olduğu müəyyən edilib.
Generalların 14 apreldə parlamentdəki siyasi qruplara göndərdiyi 21 səhifəlik sənəddə aşağıdakı ifadələr yer alıb:
"Bizə qarşı hibrid müharibə elan edildi. Bu müharibə çoxşaxəlidir. Ən yaxşı halda vətəndaş müharibəsi ilə, ən pis halda məğlubiyyətlə başa çatacaq. Avropa və Fransaya qarşı hibrid müharibə başladıldı. Bu müharibəni qazanmaq üçün psixoloji, sosioloji, mənəvi, təhsil, hüquqi və cəza silahları yaradılmalıdır".
Sənədi imzalayan 16 generalın müdafiə məsələləri üzərində işləyən Fransa Ordulararası Düşüncə Cəmiyyətinin üzvü olduqları bildirilib.
Xatırladaq ki, aprelin 21-də aralarında istefada olan 20 general və zabitlərin də daxil olduğu fransız əsgərlər "Valeurs actuelles" veb-saytında açıq məktub yayaraq ölkədə xaosun artdığını iddia ediblər və Prezident Emmanuel Makrona bu xaosun qarşısını almazsa, ölkədə vətəndaş müharibəsinin başlanacağı barədə xəbərdarlıq olunub.
Akqabay
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi








































