Avropa
Ukrayna "B" planını işə salır: Zelenski hədəfini açıqladı
Ukrayna Avropa İttifaqı və ABŞ-la ölkənin ərazi bütövlüyü üçün hərbi təhlükəsizlik zəmanəti verəcək "B" planını işə salmaq istəyir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, Aİ ilə ABŞ Ukraynanın ərazi bütövlüyünü möhkəmləndirə bilər:
"Söhbət geosiyasi vəziyyətdən getmir, atışmanı dayandırmaq, canları, insanları, ordumuzu xilas etməkdən gedir. Yəni, bu, belə bir "B" planıdır".
Ukrayna lideri bildirib ki, məqsəd böyük siyasi oyunçularla dialoq məsələsidir:
"Alyansa üzv olmağımızdan qorxan Avropa ölkələrini başa düşürük. Ancaq bütün zəmanətləri almalıyıq ki, gələcəkdə Avropanın Rusiyaya sanksiyaları ləğv etdiyi zaman yenidən çətin vəziyyətdə qalmayaq".
Prezident bu planın xüsusilə hərbi zəmanətləri və enerji təhlükəsizliyini özündə ehtiva etdiyini söyləyib.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































