Avropa
ABŞ-dan Türkiyə və Rusiyaya qarşı ŞOK PLAN: Pentaqon bu bölgə üçün HƏRƏKƏTƏ KEÇDİ
Dədəağacı hərbi bazaya çevirən ABŞ indi də Çanaqqala boğazını əhatə edən Limni (Lemnos) , Midilli (Lesbos), Semadirek (Samotraki) ve Skiri adalarına göz dikib.
Publika.az xəbər verir ki, Türkiyə və Rusiyanın bölgədəki fəaliyyətinin qarşısını almaq üçün hərəkətə keçən və Lozanna anlaşmasını pozan ABŞ-ın xüsusilə Limnini hava əməliyyatlarında istifadə etmək məqsədilə ələ keçirməyə çalışdığı bildirilir.
Balkanlarda, Aralıq dənizində və Egeydə varlığını təmin etmək, Rusiya və Türkiyəni sıxışdırmaq üçün Dədəağacda baza quran Pentaqonun Egey dənizindəki qeyri-hərbi statuslu, lakin Yunanıstan tərəfindən silahlandırılmış bəzi adalardan istifadə üçün icazə istəyəcəyi qeyd olunur.
ABŞ Türkiyə sərhədindən 40 km aralıda yerləşən Dədəağac limanını genişləndirib və böyük hərbi gəmilərin yerləşə biləcəyi bir baza yaradıb, bu baza vasitəsilə Balkanlara minlərlə tank və hərbi maşın göndərib. ABŞ və Yunanıstan Dədəağacın istifadəsinə dair müqaviləni daha 5 il uzadacaqlar.
Amerikanın əvvəlki razılaşmalara əlavə olaraq bəzi adalarda varlığını təmin etmək istədiyi bir vaxtda Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın oktyabrda Vaşinqtona səfər edəcəyi vurğulanır.
Pentaqonun istifadə etmək istədiyi adalar 1923-cü il Lozanna Sülh Müqaviləsində müəyyən edilmiş qeyri-hərbi statusa malikdir və bu adalarda məhdud sayda hüquq-mühafizə orqanlarından başqa hərbçilərin olması da Lozanna anlaşmasının pozulmasıdır.
Əlavə olaraq, 2020-ci ilin sentyabr ayından bu yana elan olunan 10-dan çox Navtex ilə bu qanunsuzluqlara diqqət çəklilərək, adıçəkilən dörd ada da daxil olmaqla 12 adanın dərhal tərksilah edilməli olduğu bildirilib.
Akqabay
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman24 Noyabr 19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq





































