Fransa Milli Assambleyasına ilk dəfə qadın rəhbərlik edəcək - FOTO
Bizi izləyin

Avropa

Fransa Milli Assambleyasına ilk dəfə qadın rəhbərlik edəcək - FOTO

Fransada Jael Braun-Pive adlı qadın ilk dəfə Milli Assambleyanın sədri seçilib. O, iyun parlament seçkilərində çoxluğu qazanmış, lakin yeni hökuməti formalaşdırmaq üçün kifayət etməyən “Birgə” prezident tərəfdarı siyasi koalisiyasının üzvüdür.

Publika.az xəbər verir ki, bu barədə "Le Monde" yazır.

Bildirilib ki, Braun-Pive seçkidən sonra çıxışında “konsensus, kompromis, fikir mübadiləsi və kollegiallığın” tərəfdarı olduğunu bildirib.

51 yaşlı Braun-Piv hüquqşünasdır, 2017-ci ildə prezidentyönlü "İrəli, Respublika!" Milli Məclisə seçilmiş, Hüquq Məsələləri Komitəsinə rəhbərlik edib.

Hüseyn İbadli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm