Avropa
Ukraynada CİDDİ HAZIRLIQ: bu şəhər azad ediləcək - FOTO
Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) iddia edir ki, Ukrayna ordusu Xerson üzərində əks-hücum üçün şərait yaratmağa davam edir .
Publika.az xəbər verir ki, bu barədə ISW-nin son hesabatında deyilir .
Qeyd olunur ki, ruslar iyulun 6-da Xerson vilayətinin şimal-qərbində uğursuz hücum əməliyyatları keçirib və Ukraynanın hücumlarını dəf etmək üçün bütün cənub oxu boyunca artilleriyadan atəş açmağa davam edirlər.
"FIRMS uzaqdan zondlama məlumatları Xerson-Nikolayev və Xerson-Dnepropetrovsk vilayətinin sərhədi boyunca çoxlu sayda yanğınları qeydə alıb. Geolokasiya edilmiş görüntülərdə Ukrayna və Rusiya qüvvələrinin Xerson və Nikolayev vilayətlərinin sərhəddindəki Snigirevka və Andreevka yaxınlığında artilleriyadan necə atəş açdığı görünür. Ukraynanın Cənub Əməliyyat Komandanlığı əlavə edib ki, rus qoşunları Neçayannoyedə (Nikolaivdən təxminən 33 km qərbdə) yaşayış infrastrukturuna raket zərbələri endirib, lakin Rusiyanın "Telegram" kanalları Rusiya raketlərinin Ukrayna mövqelərini vurduğunu iddia edib", - məlumatda deyilir.
Analitiklər peyk çəkilişlərinə əsaslanaraq iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələri Xerson aeroportu yaxınlığında (Çernobaevka yaxınlığında) düşmən mövqelərinə hücum edib. Xerson dəmir yolu stansiyası yaxınlığındakı Rusiya silah-sursat anbarına edilən zərbə də xatırladılır.
Hüseyn İbadlı
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi







.jpg)










.jpg)









.jpg)





.jpg)




