Avropa
Polşa üçün ŞOK XƏBƏRDARLIQ: "Hökumət oyanmasa..."
"Qazın qiymətinin qalxması və Polşada azot gübrələrinin istehsalının dayandırılması səbəbindən ərzaq böhranı başlaya bilər, çünki azot gübrələri olmadan ərzaq istehsalı dayanacaq"
Publika.az xəbər verir ki, bu barədə köşə yazarı Joanna Solska yazır.
"Azot gübrəsinin istehsalının dayandırılması fermerlərə zərbə vuracaq, eyni zamanda bir neçə gün ərzində ölkədə bütün ərzaq istehsalını iflic vəziyyətinə sala bilər", - jurnalist yazıb.
Polşa hökuməti tədbir görməsə, mağaza rəflərindən məhsullar yoxa çıxmağa başlayacaq: ilk növbədə ət delikatesləri, pendirlər, içkilər.
"Hökumət oyanmasa, biz Armageddonla üzləşirik", - deyə Solska xəbərdarlıq etdi.
Müəllifin fikrincə, gübrə istehsalının dayandırılması məntiqli addımdır, çünki Polşada qaz iki il ərzində on dəfə bahalaşıb. 2020-ci ildə bir meqavat-saat qaz səkkiz avroya başa gəlir. 2021-ci ildə - artıq 40, bu il isə - 300. "Grupa Azoty Puławy"nin vitse-prezidenti Jacek Janiszek izah edib ki, şirkət itkiləri minimuma endirməlidir, buna görə də bahalı istehsaldan imtina edir.
Hüseyn İbadlı
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?











.jpg)
.jpg)






.jpg)




.jpg)



.jpg)







