Avropa
Riqadan rus dilinə daha bir zərbə
Sentyabrın 1-dən Latviyanın İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlar rus dilindən istifadəni dayandıracaq və müştərilər və mətbuatla ünsiyyətdə yalnız latış dilindən istifadə edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə “Delfi” portalı nazirliyə istinadən məlumat yayıb.
“Digər Avropa ölkələrində olduğu kimi Latviyada da dövlət qurumları və onların nümayəndələri yerli sakinlər və yerli media ilə ünsiyyətdə yalnız dövlət dilindən istifadə etməlidirlər. Əks halda dövlət nəinki rus dilinin digər azlıqların dilləri ilə müqayisədə daha xüsusi statusunu tanıyır, həm də ikidilliliyin güclənməsinə töhfə verir. Bunu dəyişməyin vaxtıdır”, – iqtisadiyyat naziri İlze İndriksone bildirib.
Bundan əvvəl respublika prezidenti Eqils Levitsin saytının rusdilli versiyası fəaliyyətini dayandırıb, indi orada yalnız latış və ingilis dillərində versiyalar var. May ayında Latviyanın Təhsil Nazirliyi təhsil haqqında qanunlara üç il ərzində ölkədə bütün təhsilin latış dilinə keçirilməsini nəzərdə tutan düzəlişlər etdiyini açıqlayıb.
Rusiya ölkədəki bütün təhsilin latış dilinə tərcüməsini ayrı-seçkilik adlandırıb.
Avqustun 18-də o da bildirilib ki, Latviya Ədliyyə Nazirliyi iş yerlərində və ictimai yerlərdə rus dilinin istifadəsini məhdudlaşdıran qanun hazırlayır.
Latviyada təxminən 1,8 milyon insan yaşayır, onların 40%-i rusdillilərdir. Dövlət dili latış dilidir, rus dili isə xarici dil statusuna malikdir.
Səxavət
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO



















.webp)













.jpg)


