Conson sonuncu dəfə Zelenski ilə danışdı
Bizi izləyin

Avropa

Conson sonuncu dəfə Zelenski ilə danışdı

Britaniyanın baş naziri vəzifəsini tərk edən Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Prublika.az xəbər verir ki, bu danışıqlar britaniyalı siyasətçinin krallığın Nazirlər Kabinetinin rəhbəri kimi Ukrayna lideri ilə sonuncu təması olub.

Söhbət zamanı Zelenski Consona Ukraynadakı mövcud vəziyyət barədə danışıb. Danışıqlar çərçivəsində siyasətçilər bir-biri ilə artıq dost kimi əlaqə saxlamağa razılaşıblar.

Qeyd edək ki, sentyabrın 5-də hakim Mühafizəkarlar Partiyası yeni liderinin daxili seçkilərini yekunlaşdırıb. Böyük Britaniyanın xarici işlər naziri Liz Truss səs çoxluğu ilə qalib gəlib. Gözlənildiyi kimi, sentyabrın 6-da o, krallığın baş naziri postunu tutacaq və bununla da bir sıra qalmaqallar fonunda istefa vermiş Consonu əvəz edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm