Avropa
Makrondan KRİTİK AÇIQLAMA: "Planetdə 55 vətəndaş müharibəsi gedir"
"Hazırda planetdə 55 vətəndaş müharibəsi gedir".
Publika.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
"İndi planetdə 55 vətəndaş müharibəsi gedir. 100 milyon insan öz yurd-yuvasından didərgin düşüb. 345 milyon insan kəskin aclıqdan əziyyət çəkir. Onlardan 153 milyonu uşaqdır" , - Fransa lideri bildirib.
Makronun sözlərinə görə, ərzaq böhranı bütün ölkələri vurub.
O, həmçinin qeyd edib ki, Afrika bu il son dörd onilliyin ən pis quraqlığını yaşayıb və bir çox dövlətlər iqlim təhlükəsi ilə üz-üzədir.
"Somali, Yəmən, Əfqanıstandakı vəziyyətə baxın. Aclıq geri qayıdır " , - Makron deyib.
O, bəyan edib ki, bütün dünya birliyinin məsuliyyəti “ən həssas ölkələrə çağırışların öhdəsindən gəlməyə kömək etməkdir”.
O, həmçinin bildirib ki, bu gün Ukraynadakı vəziyyət enerji, ərzaq və iqtisadiyyatda dramatik nəticələrə malikdir. Eyni zamanda o qeyd edib ki, bəzi ölkələr bu münaqişə ilə bağlı neytrallıq formasını seçiblər.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi








































