Avropa
İsveçdə Azərbaycan icmasının 6 üzvü mandat qazandı
İsveç Krallığında keçirilən builki seçkilərdə iştirak edən Azərbaycan icmasının 6 nümayəndəsi ölkə parlamentinin (Riksdaq) və yerli bələdiyyə məclislərinin mandatını qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildiriblər ki, seçkilərin nəticələrinə görə, Alin Fazelian ölkə parlamentinin, İradə Əliyeva Söderberg Jönşöping bölgəsi üzrə regional məclisin, Xalidə Mərafət Huddinge bələdiyyə məclisinin, Aida Kərimli Vestra-Götaland region məclisinin, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin, Əminə Sadıqbəyli Solentuna bələdiyyə məclisinin üzvü seçiliblər.
Qeyd edək ki, İradə Əliyeva Söderberq Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi, fəal diaspor üzvü Turan Əliyev Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Əminə Sadıqbəyli Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Rahim Sadıqbəylinin qızıdır.
Diasporla İş üzrə Dövlət Komitəsi seçkilərdə qalib gələn soydaşlarımızı təbrik edir, ictimai-siyasi karyeralarında davamlı uğurlar qazanmağı arzulayır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu