Avropa
Rusiyalı müğənnilərə də sanksiyalar tətbiq edildi
Avropa İttifaqının (Aİ) tətbiq etməyi planlaşdırdığı yeni məhdudiyyətlər teleaparıcı Boris Korçevnikov, müğənni Qriqori Leps və başqalarına təsir edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Euobserver” nəşri yazır.
Bildirilir ki, yeni siyahıda ümumilikdə 144 ad yer alıb. Sanksiyalar əsasən Rusiya KİV nümayəndələrinə şamil olunacaq. Sənədlərdə deyilir ki, onlar Aİ ölkələrində sabitliyi pozmaq üçün məlumatları təhrif edib, manipulyasiya ediblər.
Nəşr onu da qeyd edir ki, yeni məhdudiyyətlərin təfərrüatları Aİ xarici işlər nazirlərinin bazar ertəsi, dekabrın 12-də Brüsseldə baş tutan danışıqlarından sonra dəyişdirilə bilər.
Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Paket yenidən baxılmaq üçün göndərilib.
Qeyd edək ki, komitənin dekabrın 12-də saat 18:00-da (Moskva vaxtı ilə 20:00) keçiriləcək iclasında yeni anti-Rusiya məhdudiyyətləri mövzusu müzakirə olunacaq.
Ayşən Rəhim
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI










.jpg)





















