Avropa
Türkiyə və Suriyaya donor dəstəyi veriləcək - BMT-nin baş katibi
"Bütün gücümüzlə Türkiyə hökumətini dəstəkləməyə hazırıq. Ümumdünya Ərzaq Proqramı (DƏP) dağıdıcı zəlzələdən zərər çəkmiş ən həssas ailələrə yardım məqsədilə Türkiyə və Suriyada humanitar ehtiyacları dəstəkləmək üçün 25 milyon dollar ayırıb".
Publika.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quttereş Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.
Baş katib bildirib ki, Türkiyə və Suriyadakı zəlzələ dövrümüzün ən böyük təbii fəlakətlərindən biridir: "Bir neçə saat əvvəl Birləşmiş Millətlər Təşkilatının ilk humanitar karvanı Bab əl-Hava keçid məntəqəsi vasitəsilə Suriyanın şimalına keçdi. Buraya sığınacaq və digər zəruri yardım ləvazimatları daşıyan 6 yük maşını daxildir. Təəssüf ki, faciəli qurbanların sayı artmaqda davam edir. Minlərlə bina dağılıb, on minlərlə insan soyuqda qalıb. Məktəblər və xəstəxanalar dağıdılıb. Təəssüf ki, zərərin və humanitar böhranın tam həcmini hələ də dəqiqləşdirə bilməmişik. Türkiyə dünyada ən çox qaçqının məskunlaşdığı ölkədir. 10 ildən artıqdır ki, Türkiyədə 3,6 milyona qədər suriyalı yaşayır. Onların bir çoxu indi zəlzələnin qurbanıdır".
Quterreş qeyd edib ki ki, BMT-nin fəlakətlərin qiymətləndirilməsi üzrə mütəxəssisləri bölgədədədir: "Onlar axtarış və xilasetmə qruplarının əlaqələndirilməsi, təcili yardım, ərzaq, tibbi ləvazimat, termal yorğan və digər əşyalarla təmin edilməsi istiqamətində işlər aparırlar. Baş katibin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffit həftəsonu zəlzələdən zərər çəkmiş ərazilərdə olacaq. O, artıq Türkiyədədir. BMT-nin Fövqəladə Hallara Cavab Fondundan bölgəyə 25 milyon dollar ayırdıq. Gələn həftənin əvvəlində biz Suriyada zəlzələdən zərər çəkənlərə donor dəstəyi üçün müraciət edəcəyik". (Report.az)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
