Ərəb ölkələri birləşdi - Sərt bəyanatlar
Bizi izləyin

Avropa

Ərəb ölkələri birləşdi - Sərt bəyanatlar

Səudiyyə Ərəbistanı Danimarkada islamofob ekstremistlər tərəfindən Quran və türk bayrağının yandırılmasını pisləyib.

Publika.az xəbər verir ki, bu barədə “Arab News” yazır.

Krallığa İordaniya, Küveyt və Qətər də qoşulub və onlar ekstremistlərin hərəkətlərinə etiraz edərək bildiriblər ki, bu hərəkətlər xüsusən də Ramazan ayında müsəlmanlara qarşı nifrət doğurur.

Müsəlman əleyhdarı ifrat sağçı “Patrioterne Gar” qrupu “Facebook”da canlı yayımda Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quran nüsxəsi və Türkiyə bayrağını yandırarkən islamofobik mesajlar olan pankartlar daşıyan tərəfdarların görüntülərini yayıb.

Türkiyənin “Daily Sabah” qəzeti yazır ki, Türkiyə Xarici İşlər Nazirliyi hadisəni “nifrət cinayəti” kimi pisləyib və əlavə edib ki, bu cür “söz azadlığı pərdəsi altında iyrənc hərəkətlərə yol verilməsinə” heç vaxt icazə verməyəcək.

Nazirlik Danimarka hakimiyyətini məsuliyyət daşıyanlara qarşı tədbir görməyə və ictimai harmoniya və dinc yanaşı yaşayışı təhdid edən növbəti insidentlərin qarşısını almağa çağırıb.

İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sinan Macali bu hərəkətin nifrət və irqçiliyi qızışdırdığını bildirib.

“Qurani-Kərimin yandırılması ciddi bir nifrət və islamofobiya təzahürüdür, zorakılığı qızışdırır və dinləri təhqir edir və ümumiyyətlə söz azadlığının bir forması hesab edilə bilməz”, - deyə Macali bildirib.

Bəyanatda, həmçinin Danimarka hakimiyyətini bu cür hərəkətlərin bir daha təkrarlanmasının qarşısını almağa çağırıb.

Bu arada, Küveyt Xarici İşlər Nazirliyi açıqlamasında Quranın yandırılmasının bütün dünya müsəlmanlarının qəzəbli reaksiyasına səbəb ola biləcəyini bildirib.

Nazirlik “ifadə azadlığından İslamı və ya hər hansı digər dini təhqir etmək üçün istifadə edilməməsinə” əmin olaraq, təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Qətər də Quranın nüsxəsinin yandırılmasını pisləyərək, hadisənin “təhlükəli eskalasiya” olduğunu və müsəlmanlara qarşı yönəldiyini bildirib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm