Avropa
Prezident özünü "Pif"də, naziri isə "Playboy"da ifadə edirsə... - Fransada daha bir qalmaqal
Fransanın hökumət naziri Marlen Skiappa "Playboy" jurnalının üz qabığında göründükdən sonra öz partiyasının üzvləri tərəfindən tənqid edilib.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
2017-ci ildən hökumət naziri olan Skiappa qadın və LGBT hüquqları ilə bağlı verdiyi 12 səhifəlik müsahibəsi ilə jurnalın üz qabığında yer alıb. Hazırda Sosial iqtisadiyyat naziri olan Marlen jurnalın üz qabığı üçün ağ paltarda çəkilib.
O, uzun müddət qadın hüquqlarının müdafiəçisi olub və 2017-ci ildə ölkənin gender bərabərliyi üzrə ilk naziri təyin edilib.
Onun görünüşü Fransanın baş naziri Elizabet Born da daxil olmaqla, siyasətçilərin tənqidinə səbəb olub.
“Prezidentin özünü Pifdə, nazirinin isə "Playboy"da ifadə etdiyi ölkədə müxalifət problem olacaq. Fransa çılğınlaşır,”,- deyə fransız politoloq Jan-Lyuk Melanşon "tvitter"də yazıb.
Ayşən
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir


































