Avropa
NATO: Bu ölkələr alyansa qəbul edilməyəcək
NATO Asiya ölkələrini öz sıralarına qəbul etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "The Washington Post" yazır.
O hesab edir ki, NATO qlobal alyansa çevrilməyəcək və Şimali Amerika, həmçinin Avropa daxilində sərhədləri qoruyacaq.
“Bizim kollektiv təhlükəsizlik zəmanətimiz NATO ərazisinə qədər uzanır”, - Stoltenberq deyib.
Alyansla Çin arasında mümkün toqquşma barədə suala baş katib cavab verib ki, Tayvanda və onun ətrafındakı böhranın “ciddi nəticələrə” səbəb olacaq.
Onun sözlərinə görə, konteynerlərdə yüklərin və gəmilərin yarısı Tayvan boğazından keçir. Ada həm də dünyada ən çox yarımkeçirici istehsal edir.
“Bu hərbi münaqişə başlasa, NATO və müttəfiqlərimiz üçün çox böyük əhəmiyyət kəsb edəcək”, - o deyib.
O əlavə edib ki, Avropa İttifaqı (Aİ) Şimali Atlantika Alyansı olmadan Avropanı qoruya bilməyəcək.
Ayşən
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi








































