Avropa
Rusiya "Sovet yolu"nu gedir - Müharibə ehtiyaclarını...

Rusiyanın hərbi xərcləri demək olar ki, yüksək olaraq qalacaq, bu da onun dövlət maliyyəsinə təzyiq göstərəcək.
Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı müharibə ilə bağlı kəşfiyyat icmalında deyilir.
25 may 2023-cü il tarixində Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) Rusiyanın 2022-ci ildə hərbi xərclərinin 9,2% artaraq 86,4 milyard dollara çatdığını bildirib. SIPRI-nin hesablamalarına görə, bu, Rusiya ÜDM-nin 4,1%-ni təşkil edir.
Britaniyalı analitiklərin qeyd etdiyi kimi, Rusiyanın faktiki hərbi xərcləri, xüsusən 2022-ci ilin fevralından etibarən məxfi büdcə maddələrindən istifadənin artması və şəffaflığın olmaması səbəbindən çox qeyri-müəyyəndir.
Bundan əvvəl britaniyalı analitiklər bildiriblər ki, Rusiyada son vaxtlar müharibənin ehtiyacları üçün məcburi əməyə çağırışlar edilir. Bu isə sovet yanaşmasını xatırladır.
Mehti Kamiloğlu

-
Sosial09:44
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - FOTO
-
Nida Xəbər 09:42
"Bizim üçün ən təhlükəli erməni Qarabağda qalan ermənidir" - Fazil Mustafa
-
Sosial08:48
Bu şəxslər quru yolla sərhədi keçə bilər
-
Cənubi Qafqaz06:16
Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..." - FOTO
-
Magazin205:45
Bacılar soyunub birlikdə poza verdilər - FOTO
-
Region04:44
Çavuşoğlu Qənirə Paşayevadan yazdı - FOTO
-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Sosial00:15
Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO