Avropa
"Üçlük" Parisdə görüşəcək: Rusiyaya veriləcək "hədiyyə"ni müəyyənləşdirəcəklər
Almaniya kansleri Olaf Şolts və Polşa prezidenti Ancey Duda bazar ertəsi Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparmaq üçün Parisə gedəcəklər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
Görüşün Ukraynanın NATO-ya üzv olmaq istəyi və iyul ayında NATO sammiti ərəfəsində müttəfiqlərin təhlükəsizlik zəmanətləri ilə bağlı olacağı gözlənilir.
Bundan əvvəl Makron Ukraynaya "güclü, spesifik və maddi" təhlükəsizlik zəmanətləri verməyə çağırıb. Ukraynaya "NATO üzvlüyünə yol" təklif edilməli olduğunu deyib. Şolts isə bildirib ki, əsas diqqət üzvlüyə verilməli deyil: "Diqqəti Ukraynanı necə dəstəkləyə biləcəyimizə yönəltməliyik".
Ukraynanın Rusiya ilə müharibə edərkən Alyansa qoşula bilməyəcəyi barədə geniş bir anlayış olsa da, NATO üzvləri Kiyevin istəyinə necə cavab verməli olduqları ilə bağlı fikir ayrılığı yaşayırlar.
Fransız diplomatın fikrincə, NATO üzvləri Ukraynanın əks-hücuma başladığı bir vaxtda Rusiyaya güclü siqnal göndərməlidirlər.
"Hər kəsi qane edəcək bir həll tapmalıyıq. Bu, açıq şəkildə Rusiyaya verə biləcəyimiz ən böyük "hədiyyə" olardı",- Makron vurğulayıb.
Liderlərin Avropanın suverenliyi və müdafiə kimi digər mövzuları da müzakirə edəcəkləri gözlənilir.
Ayşən
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...