Avropa
Belçikanı şoka salan xəbər: 27 məktəbdə tədris dayandırıldı

Belçikada dünən axşam saatlarında edilən saxta bomba xəbərdarlıqları çaxnaşmaya səbəb olub və 27 məktəbdə təhsil bir gün müddətinə dayandırılıb.
Publika.az xəbər verir ki, Belçikanın paytaxtı Brüssel və ətrafındakı məktəblərə bomba qoyulması ilə bağlı saxta xəbərdarlıq edilib. Bomba təhdidlərinin əsassız olduğu üzə çıxsa da, təhlükəsizlik məqsədilə 27 məktəbdə təhsilin 1 gün müddətinə dayandırıldığı bildirilib.
Valoniya-Brüssel Bölgəsində kommunikasiyalar üzrə baş direktor müavini Cecile Marquette açıqlamasında bildirib ki, son zamanlar çoxlu sayda əsassız bomba xəbərləri alıblar :
"Buna görə də polis bəzi məktəblərdə axtarış aparacaq. Sabah sözügedən məktəblərdə tədris davam etdiriləcək".
Belçikada saxta bomba təhdidi ilə bağlı indiyədək heç bir hüquqi addım atılmayıb. Belçika hökumətindən də hələlik heç bir açıqlama verilməyib.
Nəzrin

-
Magazin202:19
Cazibədar aktrisa qırmızı xalçada arı hücumuna məruz qaldı - VİDEO
-
Qoroskop00:55
Günün qoroskopu: Borc vermək və almaqdan çəkinin!
-
MDB16 May 22:20
Rusiya nümayəndə heyəti İstanbuldan ayrıldı
-
Kriminal16 May 21:43
Ermənistanın Azərbaycan ərazilərinin işğalını təsdiqləyən faktlar məhkəmədə tədqiq olundu - Fotolar
-
İdman16 May 21:07
Neymarın bacısı ondan yenə ayrıldı: 10 ildə 7-ci dəfə
-
Sosial16 May 20:22
Tikinti şirkəti bu yolu bərbad vəziyyətə saldı
-
Elm və təhsil16 May 19:30
Məktəblərə "Son zəng"lə bağlı təlimat göndərildi - Nə tapşırıldı?
-
Nəqliyyat16 May 19:00
Sabah bu yol bağlanacaq - İki avtobusun hərəkət istiqaməti dəyişdirilir