Avropa
Bələdiyyə iflas etdi

İngiltərədə Nottingem Şəhər Şurası büdcədəki "əhəmiyyətli kəsir" səbəbiylə faktiki olaraq müflis olduğunu elan edib.
Publika.az xəbər verir ki, Nottingem bələdiyyəsinin yerli hökuməti tərəfindən edilən açıqlamada, onun bu il büdcəsini tarazlaşdırmaq üçün qanuni öhdəliyini yerinə yetirə bilməyəcəyi bildirilib.
Bəyanatda qeyd olunub ki, ana müxalifətdəki Leyboristlər Partiyasının idarə etdiyi bələdiyyə yerli özünüidarəetmə qanununun 114-cü maddəsini qüvvəyə mindirməklə özünün faktiki iflasını elan edib. Birmingem Şurasının sentyabr ayında büdcə kəsiri səbəbindən iflas elan etməsindən sonra Nottingem Şurası bu il iflas edən ikinci yerli hökumət olub.
Nottingem Şəhər Şurasının meri Devid Mellen "Sky News"a verdiyi açıqlamada bələdiyyə işçilərinə maaş verəcəklərini, lakin bu maliyyə ilində büdcələrindən artıq pul xərcləməyəcəklərini qeyd edib.
"13 ildir ki, az maliyyələşirik, xidmətlərdən gələn təzyiqlər bizi sıxır. Bir çox başqa bələdiyyələr çətin vəziyyətdədir. Biz müflisləşən ilk bələdiyyə deyilik, sonuncu da olmayacağıq. Bacarıqsız deyilik. Hökumət bizi düzgün maliyyələşdirməyib”, - deyə o ifadə edib.
Nəzrin

-
ABŞ21:39
Tramp əmr verdi: "Ən ölümcül qırıcı təyyarə" hazırlanacaq
-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
İdman18:48
Haaland 4 milyona unikal avtomobil aldı: Ondan yaxşısı yoxdur - FOTO
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi