Məscidlərlə bağlı qalmaqallı vədləri başına bəla olub: Hökuməti qura bilmir
Bizi izləyin

Avropa

Məscidlərlə bağlı qalmaqallı vədləri başına bəla olub: Hökuməti qura bilmir

İfrat sağçı və anti-İslam ideyaları ilə tanınan Qert Vildersin seçki öncəsi verdiyi qalmaqallı vədləri onun başına bəla olub. Belə ki, koalisiya danışıqları baxımından əsas mövqedə olan Yeni Sosial Müqavilə Partiyası (NSC) koalisiya danışıqlarından əvvəl Vildersin İslama qarşı sərt mövqeyini dayandırmaq mövzusunda həqiqətən səmimi olub-olmadığını görmək istəyir.

Publika.az xəbər verir ki, Avropanı şoka salan seçkilərdən sonra Vilders baş nazirliyə ən güclü namizədə çevrilsə də, irqçi lider digər partiyaları koalisiyaya razı salmaqda çətinlik çəkir.

Vilders seçkilərdən sonra Dilan Yeşilgözün başçılıq etdiyi "VVD", Piter Omtsiqin "NSC" partiyası və Karolina van der Plasın rəhbərlik etdiyi Fermer Vətəndaş Hərəkatı Partiyası (BBB) ​​ilə güclü sağçı hökumət istədiyini açıqlamışdı.

Lakin "VVD" lideri Dilan Yeşilgöz seçkidə ağır məğlubiyyətə uğradıqlarını bildirərək, koalisiyaya daxil olmaq əvəzinə kənardan dəstək vermək istədiklərini deyib.

İlk dəfə iştirak etdiyi seçkini 20 deputatla dördüncü yerdə başa vuran mərkəz sağçı "NSC" mümkün koalisiyanın əsas partiyası olub. Lakin "NSC" lideri Omtsiqin "konstitutiyaya qarşı" olaraq xarakterizə etdiyi Vildersin məscidləri bağlamaq və Quranı qadağan etmək kimi radikal vədlərini necə dayandıracağını görmək istəyir. Buna görə də Omtsiq koalisiya danışıqlarından öncə qatı sağçı "PVV"-dəki köklü dəyişikliklərin necə baş verəcəyini müzakirə etmək istəyir.

Omtsiq Vildersin İslam, Aİ və Ukrayna ilə bağlı radikal vədlərinə aydınlıq gətirməsini istəyir.

Omtsiq koalisiya danışıqlarına vasitəçi təyin edilmiş keçmiş sosial-demokrat nazir Ronald Plasterkə yazdığı məktubda bildirib ki, o, indi danışıqlara başlamaq istəmir. İlk olaraq partiyaların sosial problemlərə məzmun baxımından hansı həll yolları istədiklərini araşdırmağı təklif edən Omtsiq Vildersin seçki proqramında islamlaşmaya qarşı mübarizə ilə bağlı “qanunsuz” vədlərinə reaksiyasını təkrarlayıb.

Vilders isə koalisiya çağırışı etdiyi Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) lideri Dilan Yeşilgöz və "NSC" lideri Piter Omtsiqi “danışıqlardan əvvəl əlini gücləndirmək üçün siyasi oyunlar oynamaqda” ittiham edib.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm