Orbandan çağırış: Rusiyanın məğlub olacağına ümid bəsləməyin
Bizi izləyin

Avropa

Orbandan çağırış: Rusiyanın məğlub olacağına ümid bəsləməyin

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynaya çoxlu sayda silah ötürülməsi Rusiyanı döyüş meydanında məğlub etməyə kömək etməyəcək. Siyasətçi qeyd edib ki, məhz bu səbəbdən Budapeşt Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın artırılmasına qarşı çıxır.

Publika.az TASS agentliyinə istinadla bildirir ki, Orban hərbi münaqişə əvəzinə atəşkəs lazım olduğunu deyib.

“Biz hərbi əməliyyatları deyil, atəşkəs və sonra sülhü maliyyələşdirməliyik. Bu, bizim mövqeyimizdir”, - deyə Macarıstanın baş naziri bildirib.

O, həmçinin Avropa İttifaqının yardımının Ukraynanın qələbə qazanmasına kömək edə biləcəyinə şübhə etdiyini bildirib. Onun fikrincə, əvvəllər yerləşdirilən silahlar Ukrayna Silahlı Qüvvələrinin uğuru üçün kifayət idi, lakin Kiyev dəstəkdən yararlana bilməyib. Bundan əvvəl Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olmasına alternativ təklif etmişdi . Onun sözlərinə görə, ilkin mərhələdə strateji tərəfdaşlıq haqqında saziş bağlamaq lazımdır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm