Roma Papasından təklif: Silaha xərclədiyinizi aclıqla mübarizəyə yönəldin
Bizi izləyin

Avropa

Roma Papasından təklif: Silaha xərclədiyinizi aclıqla mübarizəyə yönəldin

Hərbi sənayedə istifadə olunan vəsaitlər dünya aclığı ilə mübarizəyə yönəldilməlidir.

Publika.az xəbər verir ki, bu barədə Roma Papası Fransisk bildirib.

Roma papası belə bir təklifi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı üçün yazdığı çıxışında irəli sürüb.Vatikanın dövlət katibi kardinal Pietro Parolin Roma Papasından sitat gətirib:

"Hərbi məqsədlər üçün xərclənən puldan iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrdə aclığın aradan qaldırılması və davamlı inkişaf layihələri üçün beynəlxalq fond yaratmaq üçün istifadə etməyi təklif edirəm".

Qeyd edək ki, Papanın özü səhhətindəki problemlə əlaqədar tədbirə qatıla bilməyib. Noyabrın sonunda Frensis pnevmoniyaya görə Apostol Sarayının pəncərəsindən danışa bilməyəcəyini açıqlayıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm