Şahzadə Harriyə qarşı sui-qəsd planı: işin arxasında kim var?
Bizi izləyin

Avropa

Şahzadə Harriyə qarşı sui-qəsd planı: işin arxasında kim var?

İslamçılar Kral III Çarlzın kiçik oğlu, Susseks hersoqu Şahzadə Harriyə qarşı sui-qəsd planlaşdırır.

Publika.az bu barədə "Focus" portalı Almaniya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, ekstremistlərin niyyətləri Harrinin Britaniya ordusunun Əfqanıstandakı kontingentinin tərkibində xidməti və radikal "Taliban" hərəkatının yaraqlılarına qarşı əməliyyatlarda iştirakı ilə bağlıdır.

Bundan əvvəl şahzadə Harri etiraf etmişdi ki, 2012-ci ildə Əfqanıstanda xidmət edərkən "Taliban" mövqelərinə vertolyotla hücumda atıcı kimi iştirak edib.

Onun sözlərinə görə, silahın üzərindəki videokameranın qeydinə əsasən, o, azı 25 silahlını məhv edə bilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm