Avropa
Papa danışmaqda çətinlik çəkdi
![](https://publika.az/storage/2023/12/03/17016215083825837862_1200x630.jpg?v1722039979)
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duasını yenə iqamətgahının Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən deyil, ofisində kameralar qarşısında edib.
Publika.az xəbər verir ki, Santa Martadakı iqamətgahından meydana toplaşan insanlara videobağlantı vasitəsilə müraciət edən Papa Fransisk səhhəti ilə əlaqədar duanı tam oxuya bilməyəcəyini deyib.
“Əziz bacılar və qardaşlar, mən bu gün də duanı tam oxuya bilməyəcəyəm. Səhhətim yaxşılaşır, lakin hələ də danışmaqda çətinlik çəkirəm”, - deyə katoliklərin ruhani lideri qeyd edib.
Roma Papasının müraciətini Müqəddəs Taxt-tacın dövlət katibliyinin nümayəndəsi monsenyor Paolo Braida oxuyub.
Papa Fransisk Yaxın Şərqdəki ciddi vəziyyətlə bağlı dərin kədərini ifadə edib, atəşkəs razılaşmasının dərhal bərpasına ümidvar olduğunu və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasının vacibliyini bildirib.
Qeyd edək ki, 86 pontifik səhhəti ilə əlaqədar ötən həftə də Müqəddəs Pyotr meydanına toplaşan insanlara videobağlantı ilə müraciət etmişdi.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO