Fransadan Zelenskiyə ABŞ-la bağlı xəbərdarlıq: "MƏHV EDƏCƏK"
Bizi izləyin

Avropa

Fransadan Zelenskiyə ABŞ-la bağlı xəbərdarlıq: "MƏHV EDƏCƏK"

"Birləşmiş Ştatlar uğursuzluqlara görə məsuliyyəti Ukrayna prezidenti Volodimir Zelenskinin çiyinlərinə qoyacaq və onu məhv edəcək".

Publika.az xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot "X" hesabında yazıb.

O, NATO-nun baş katibi Yens Stoltenberqin "Ukraynadan pis xəbərlərə hazır olun" çağırışına belə cavab verib.

Siyasətçinin sözlərinə görə, ABŞ Ukrayna lideri ilə həmişə olduğu kimi davranacaq.

"Dərin dövlət həmişə etdiyi şeyi edir: bir kukla yaradır, sonra onu tərk edir və məhv edir", - o deyib.

Bundan əlavə Filippo Ukraynaya hərbi və maliyyə yardımını yenidən tənqid edərək, bunun dayandırılmasının vacibliyini vurğulayıb.

Bundan əvvəl NATO-nun baş katibi döyüş meydanındakı vəziyyəti Ukrayna üçün kritik adlandırıb. O, həmçinin xəbərdarlıq edib ki, Qərb yardımının olmaması səbəbindən vəziyyət daha da pisləşə bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm