Bu ölkənin müdafiə nazirindən etiraf: Ukraynanı müttəfiq hesab etmirik
Bizi izləyin

Avropa

Bu ölkənin müdafiə nazirindən etiraf: Ukraynanı müttəfiq hesab etmirik

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın Ukraynanın müttəfiqi olmadığını bildirib.

Publika.az xəbər verir ki, Boris bu barədə ZDF telekanalına müsahibəsində bildirib.

Digər məsələlərlə yanaşı, o əlavə edib ki, Kiyev və Berlin onları hansısa ittifaq çərçivəsində müdaxilə etməyə məcbur edəcək vəziyyətdə deyil. Onun sözlərinə görə, Almaniya hazırda Kiyev rejiminə yardımın miqyasına görə “başqalarını xeyli qabaqlayır”.

“Hazırda biz əlimizdən gələni edirik. Eyni ifadəni Ukraynanın digər müttəfiqləri və tərəfdaşlarına münasibətdə də söyləmək olar”, - Pistorius qeyd edib.

Eyni zamanda, “hazırkı vəziyyət “vahid Qərb”in mübarizə apara bilmədiyi mənasını verirmi” sualına Pistorius belə cavab verib: “Biz Ukraynanın müttəfiqi deyilik. Bizi ittifaq çərçivəsində müdaxilə etməyə məcbur edəcək heç bir vəziyyətdə deyilik”.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm