Azərbaycan və Ermənistanı cəsarətli addımlarına görə... - Almaniyadan təbrik gəldi
Bizi izləyin

Avropa

Azərbaycan və Ermənistanı cəsarətli addımlarına görə... - Almaniyadan təbrik gəldi

Almaniya Azərbaycanı və Ermənistanı cəsarətli addımlar atdıqlarına və etimadın yaradılmasına görə təbrik edir.

Publika.az xəbər verir ki, bu barədə Almaniya federal hökumətinin nümayəndəsi Şteffen Hebstreit özünün “X” sosial şəbəkə səhifəsində yazıb.

"Biz suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan nizamlanma prosesini dəstəkləməyə hazırıq", - Şteffen yazıb.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında aparılan birbaşa danışıqlar nəticəsində əsirlərin mübadiləsi ilə bağlı razılıq əldə olunub. Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə 2 azərbaycanlı əsgəri azad edəcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm