Avropa
Taxt-tacın ən gənc varisi qəflətən öldü
![](https://publika.az/storage/2023/12/08/ezgif-1-b8959a6bdc.jpg?v1722040969)
Lixtenşteyn şahzadəsi və taxt-tacın ən gənc varisi Konstantin 51 yaşında gözlənilmədən vəfat edib.
Publika.az xəbər verir ki, Lixtenşteyn Knyazlığından verilən açıqlamada, "Knyazlıq ailəsi Lixtenşteyn Şahzadəsi Konstantinin 5 dekabr 2023-cü ildə gözlənilmədən dünyasını dəyişdiyini təəssüflə bildirir" ifadələri işlədilib. Taxtda yeddinci olan Konstantinin ölüm səbəbi açıqlanmayıb.
Qrafinya Mari Qabriele Fransiska ilə evli olan Konstantinin üç övladı var: Şahzadə Morits, Şahzadə Corcina və Şahzadə Benedikt. Ölən şahzadə Konstantin kral ailəsinə məxsus özəl bankçılıq və aktivlərin idarə edilməsi qrupu olan Lixtenşteyn Qrupunun müşahidə şurasının sədri olub.
Ölkədə nəşr olunan yerli “Vaterland” qəzetinin məlumatına görə, əyalət parlamentində şahzadə Konstantinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan əlavə, şahzadənin şərəfinə ölkə daxilində kilsələrdə zənglər çalınıb.
Tam adı Konstantin Ferdinand Mariya olan şahzadə 1972-ci il martın 15-də anadan olub. O, Şahzadə II Hans-Adam və Vçinits və Tettau qrafinyası Mari Kinskinin üçüncü oğlu idi. Hüquq üzrə magistr dərəcəsi olan Prins "Rayffayzen" və "Braun Qardaşları Harriman" kimi banklarda çalışıb.
Nəzrin
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO