Avropa
Kiyevdə kritik istefa müzakirəsi - Zelenskiyə xəbərdarlıq edildi
Ukrayna prezidenti Volodimir Zelenski faktiki olaraq Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə onun istefasını müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” yüksək vəzifəli ukraynalı mənbəyə istinadən məlumat yayıb . Onun sözlərinə görə, müzakirə yanvarın 29-da olub.
Söhbət zamanı Zelenski vətəndaşların artıq münaqişədən yorulduğundan, müttəfiqlərdən yardımın göstərilməsinin səngidiyindən şikayətlənib. O, ümid etdiyini bildirib ki, Zalujninin istefası vəziyyətə müəyyən mənada müsbət təsir göstərə bilər.
Qeyd olunur ki, Zalujnı özü də mümkün işdən çıxarılması xəbərini sakitliklə qəbul edib, lakin Zelenskiyə xəbərdarlıq edib ki, istefası cəbhədə vəziyyətin yaxşılaşmasına səbəb olmayacaq.
Ali baş komandan vurğulayıb ki, istənilən varis hələ də dalana dirənmiş döyüşlərdə “daha böyük və daha yaxşı silahlı qüvvələrlə” vuruşmalı olacaq. Bundan əlavə, Ukrayna ordusuna itkiləri əvəz etmək üçün əhəmiyyətli əlavə qüvvə axınına, eləcə də daha çox silah və texnikaya ehtiyac olacaq.
Daha əvvəl amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş bildirmişdi ki, Zelenski Zalujnini işdən çıxarmaq istəyir, çünki o, Qərblə gizli şəkildə atəşkəs və Ukrayna münaqişəsinə son qoyulması perspektivlərini müzakirə edir.
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?
-
Hadisə13 Yanvar 22:58
Şəmsəddin Xanbabayev vəfat etdi
-
İdman13 Yanvar 21:55
Aleks de Souza qovuldu