Deputatların telefonlarında casus proqramı aşkarlandı
Bizi izləyin

Avropa

Deputatların telefonlarında casus proqramı aşkarlandı

Avropa Parlamenti iki cihazda haker hücumu əlamətləri aşkar edildikdən sonra müdafiə alt komitəsinin üzvlərindən telefonlarında casus proqramlar olub-olmadığını yoxlamağı xahiş edib.

Publika.az verir ki, bu barədə “Politico” məlumat yayıb.

Avropa Parlamentinin İT xidməti bildirib ki, təhlükəsizlik və müdafiə alt komitəsinin üzvləri və əməkdaşları müşahidə proqramlarının hücumuna məruz qalıb. Problem cihazların kibertəhlükəsizliyi üçün müntəzəm yoxlanılması zamanı aşkar edilib, ona görə də telefonlarda zərərli proqramların quraşdırılmasının səbəbi hələ də aydın deyil.

"Bu geosiyasi kontekstdə Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin məşğul olduğu məsələlərin mahiyyətini nəzərə alaraq, alt komitənin üzvlərinin və onun işini dəstəkləyən heyətin cihazlarına xüsusi diqqət yetirilir" , - deyə Avropa Parlamentindən bildirilib.

Hadisə Avropa Parlamentinin bu ilin iyununda keçiriləcək seçkilər zamanı mümkün xarici müdaxilələrə və kiberhücumlara hazırlaşdığı bir vaxtda baş verib.

Qeyd edək ki, keçən ilin sonunda Avropa Parlamentinin kibertəhlükəsizlik auditi aşkar edib ki, mühafizələr “hələ sənaye standartlarına uyğun deyil” və kibercinayətkarların yaratdığı “təhdid səviyyəsinə tam cavab vermir”.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm