NATO-nun yüzlərlə döyüş gəmisi Aralıq dənizinə toplandı
Bizi izləyin

Avropa

NATO-nun yüzlərlə döyüş gəmisi Aralıq dənizinə toplandı

NATO-nun doqquz ölkəsindən sualtı qayıqlar, gəmilər və dəniz aviasiyasının qrupu ittifaq ölkələrinin ən böyük hərbi dəniz təlimləri olan “Dynamic Manta”da iştirak etmək üçün İtaliya sahillərində cəmləşib.

Publika.az xəbər verir ki, bu barədə NATO Dəniz Komandanlığının "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Fevralın 26-da Aralıq dənizində Siciliya sahillərində “Dynamic Manta” hərbi təlimləri başlayıb. Təlimlərə Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İspaniya, Böyük Britaniya, ABŞ və İtaliyadan olan hərbi qulluqçular və gəmilər cəlb olunub. Xüsusilə, bu ərazidə yeddi sualtı qayığın, bir neçə suüstü gəminin, həmçinin NATO-ya üzv ölkələrin təyyarələrinin cəmləşdiyi göstərilir.

“İki həftəlik təlim sualtı qayıqlara qarşı döyüş imkanlarının təkmilləşdirilməsinə və dəniz missiyalarının effektivliyinin artırılmasına yönəlib. NATO-nun strateji əhəmiyyət kəsb edən regionda kollektiv müdafiə və böhrana cavab imkanlarının gücləndirilməsinə sadiqliyini nümayiş etdirir”, - məlumatda deyilir.

Qeyd olunub ki, Aralıq dənizi mürəkkəb sualtı topoqrafiyaya malikdir və bu, dəniz təlimləri üçün ideal fon yaradır. Məlumata görə, bu təlimlər alyansın böhrana cavab imkanlarının sınaqdan keçirilməsi və gücləndirilməsi üçün platforma rolunu oynayır.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm