Avropa
Kataloniya lideri əmindir: İspaniya müstəqillik referendumuna icazə verəcək
İspaniyanın baş naziri Pedro Sançesin Kataloniyanın müstəqillik hərəkatını dayandırmaq cəhdlərinə baxmayaraq, Kataloniya hökumətinin başçısı Pere Araqones bildirib ki, onun son məqsədi öz müqəddəratını təyinetmə ilə bağlı referenduma icazə almaqdır.
Publika.az xəbər verir ki, o, bu barədə "Euractiv"ə müsahibəsində bildirib.
“Bizə dedilər ki, Kataloniya liderləri üçün amnistiya mümkün deyil, amma indi mümkündür. İndi bizə deyirlər ki, referendum mümkün deyil. Biz siyasi və seçki gücünü bu hədəfin xidmətinə qoyacağıq və son nəticədə bunu da mümkün edəcəyik”, - deyə Araqones bildirib.
Onun sözlərinə görə, sosialistlərlə danışıqlar dalana dirənərsə, o, hökumət koalisiyasının səslərinə ehtiyacı olan partiyasının 7 deputatından “danışıqların irəliləməsi üçün stimul kimi” istifadə etməyə hazırdır.
Araqones qeyd edib ki, amnistiya qanunu Madrid ilə dialoqu bərpa etmək yolunda "danışıqların ikinci mərhələsini aça bilmək üçün" yalnız ilk addımdır.
O, həmçinin bildirib ki, irəliyə doğru yol İspaniya hökuməti ilə siyasi danışıqlardır ki, “bu münaqişənin həlli son nəticədə Kataloniya vətəndaşlarının səsverməsinin nəticəsi olsun”.
Cəmilə
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Avropa15:30Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
-
MDB15:13Daha bir dəhşətli müharibə statistikası: 1 gündə 1085 döyüşçü itirdilər
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
























.png)









