Avropa
Siyarto Makronun düşüncəsizliyini tənqid etdi
![](https://publika.az/storage/2023/11/08/siyarto.jpg?v1722036556)
Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasının proqramında çıxışı zamanı Fransa Prezidentinin Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü barədə bəyanatını tənqid edib.
“Öz qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü müzakirə edən qərbli siyasətçilər NATO ölkələrinin ümumi qərarını pozur”, - deyə Siyarto vurğulayıb.
Publika.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi zonasına qərb qoşunlarının göndərilməsi barədə mülahizələrini şərh edən XİN başçısı bu ssenarinin Üçüncü Dünya müharibəsi təhlükəsi yaratdığını qeyd edib.
“Əvvəlcə Qərbi Avropa Ukraynaya yalnız kaskalar göndərirdi, sonra döyüş sursatı, atıcı silahlar, raketlər, indi isə bəzi qərbli siyasətçilər artıq quru qoşunlarının göndərilməsindən danışırlar”, - deyə diplomat bildirib.
“Bu, bizim indiyədək qəbul etdiyimiz qərarlarla tam ziddiyyət təşkil edir. İki il bundan əvvəl NATO-ya üzv dövlətlər alyansın vuruşmayan tərəf olması və NATO ilə Rusiya arasında münaqişədən çəkinmək üçün zəruri olan hər şeyi etmək barədə qərar qəbul edib. Qoşunların göndərilməsindən danışan qərbli siyasətçilər NATO-nun bu qərarını pozurlar”, - deyə nazir əlavə edib.
O vurğulayıb ki, Macarıstan bu məsələ ilə bağlı qəti mövqe tutur: o, Ukraynaya silah və ya hərbi qulluqçu göndərməyəcək. “İnsan həyatı yalnız atəşkəs və sülh danışıqları yolu ilə xilas edilə bilər. NATO müdafiə alyansıdır, kiməsə hücum etmək onun səlahiyyətlərinə daxil deyil”, - deyə Siyarto xatırladıb.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO