Fransa Ukraynaya hərbi yardımın siyahısını AÇIQLADI
Bizi izləyin

Avropa

Fransa Ukraynaya hərbi yardımın siyahısını AÇIQLADI

Fransa son iki ildə Ukraynaya göstərdiyi hərbi yardımların siyahısını dərc edib.

Publika.az xəbər verir ki, ölkənin Silahlı Qüvvələr Nazirliyinin tərtib etdiyi siyahıya uzaqmənzilli raketlər və hava hücumundan müdafiə vasitələri daxildir.

50 bənddən ibarət cədvələ həm qoruyucu vasitələr, həm də müxtəlif rabitə vasitələri, silahlar və pilotsuz nəqliyyat vasitələri daxildir. Siyahıdakı məlumatlar Paris və Kiyev arasında ikitərəfli təhlükəsizlik sazişinin imzalanmasından əvvəl - 31 dekabr 2023-cü il tarixinə aiddir.

Fransanın Ukraynaya dəstək üçün prioritet sahələr kimi müəyyən etdiyi hava hücumundan müdafiə sistemləri arasında 2023-cü ilin sonuna qədər iki "Crotale NG" qurğusu, altı "Mistral MANPADS", eləcə də bir Fransa-İtaliya SAMP/T hava hücumundan müdafiə sistemi təhvil verilib.

Bundan əlavə, 2023-cü ilin sonuna qədər Paris Ukraynaya 30 "Sezar" özüyeriyən artilleriya qurğusu, altı sıradan çıxarılan TRF1 haubitsa və dörd reaktiv raket sistemi təhvil verib.

Bundan əvvəl məlum olub ki, Fransa Silahlı Qüvvələr Nazirliyi hərbi sənayedən iki min pilotsuz uçan aparat sifariş edib, onlardan 100-ü yayda Ukraynaya göndəriləcək.

Xatırladaq ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Aİ ölkələrindən qoşunların Ukraynaya gedə biləcəyini bildirib. Daha sonra Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastien Lecornu Makronun sözlərini izah edərək bildirib ki, Parisdə keçirilən konfransda Avropa liderləri Kiyevə dəstəyi gücləndirmək üçün müxtəlif imkanları müzakirə ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm