Sunakın şəxsi mühafizə xidmətinin əməkdaşı parlament seçkilərinə mərc etdi: Saxlanıldı
Bizi izləyin

Avropa

Sunakın şəxsi mühafizə xidmətinin əməkdaşı parlament seçkilərinə mərc etdi: Saxlanıldı

Böyük Britaniyanın baş naziri Rişi Sunakın şəxsi mühafizə xidmətindən bir polis məmuru dövlət qulluğunda qanunsuz davranış iddiaları ilə əlaqədar saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Rişi Sunakın şəxsi təhlükəsizlik bölməsindən olan bir polis məmuru ümumi seçkilər zamanı iddia edilən mərclərə görə saxlanılıb və vəzifəsindən uzaqlaşdırılıb", - məlumatda deyilir.

Polis təsdiqləyib ki, Qumar Komissiyası 14 iyunda polis idarəsinə dair araşdırma barədə məlumat vermək üçün Böyükşəhər Polisi ilə əlaqə saxlayıb:

“Polis öz araşdırmasına başladı, asayiş keşikçisi vəzifəsindən uzaqlaşdırıldı. O, iyunun 17-də dövlət vəzifəsini pozmaqda ittiham edilərək saxlanılıb”.

İyulun 4-də Böyük Britaniya parlamentinə ümumi seçkilər keçiriləcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm