Bu şəxslərə Almanya vətəndaşlığı verilməyəcək - Yeni şərtlər AÇIQLANDI
Bizi izləyin

Avropa

Bu şəxslərə Almanya vətəndaşlığı verilməyəcək - Yeni şərtlər AÇIQLANDI

Almaniya prezidenti Frank Ştaynmayerin martın 26-da imzaladığı “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi Qanunu” rəsmi qəzetdə dərc olunaraq qüvvəyə minib.

Publika.az xəbər verir ki, yeni qanuna görə, Almaniyada yaşayan başqa ölkə vətəndaşları öz ölkələrinin vətəndaşlığından imtina etməli olmayacaqlar.

Almaniya vətəndaşlığının səkkiz il olan müddəti 5 ilə endiriləcək. Kişi və qadın bərabərliyini qəbul etməyən, antisemitizm, irqçilik, ksenofobiya və digər qeyri-insani hərəkətlərdə olanlara Almaniya vətəndaşlığı verilməyəcək. Almaniyada doğulan uşaqlar, əgər valideynlərindən biri bu ölkədə qanuni olaraq, azı 5 il yaşayırsa, Almaniya vətəndaşlığını ala biləcəklər. Vətəndaşlıq üçün müraciət edənlər də alman dilini bilmələrini təsdiqləmək üçün imtahan verməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm