İstefa verən Sunakın əşyaları iqamətgahından çıxarıldı
Bizi izləyin

Avropa

İstefa verən Sunakın əşyaları iqamətgahından çıxarıldı

Böyük Britaniyanın baş naziri Rişi Sunakın şəxsi əşyaları Mühafizəkarlar Partiyasının parlament seçkilərindəki məğlubiyyətindən sonra Dauninq küçəsi 10 ünvanındakı iqamətgahından yük maşını ilə çıxarılmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Mikroavtobuslarda həmçinin iqamətgahı Dauninq küçəsi 11 ünvanında yerləşən Böyük Britaniyanın maliyyə naziri Ceremi Hantın əşyaları da yer alıb.

Ötən gün Britaniya parlamentinin İcmalar Palatasına seçkilər keçirilib. İlkin məlumatlara görə, Leyboristlər Partiyası yeni hökumətin formalaşdırılması üçün lazım olan səs çoxluğu əldə edərək, 650 yerlik İcmalar Palatasında ən azı 411 yeri təmin edib. 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının hazırda cəmi 119 mandatı var.

Seçki məğlubiyyətindən sonra Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib. O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən R.Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm