Avropa
Çimərlikdə 3 qadını İLDIRIM VURDU - Vəziyyətləri ağırdır
İtaliyanın şərq sahillərində çimərliyə ildırım düşməsi nəticəsində üç nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə "Rai News" məlumat yayıb.
Bir gün əvvəl Alba Adriatica çimərliyi izdihamlı olub. Hadisə şahidləri səmanın buludlu və çiskinli olmasına baxmayaraq, istirahət edənlərin günəş vannası qəbul etmək və çimmək üçün gəldiyini deyiblər.
İldırım çaxanda üç qadın suyun lap kənarında olub. Nəticədə onlardan biri, 41 yaşlı yerli sakinin ürəyi dayanıb. Zərərçəkmiş daha sonra vertolyotla Teramo Xəstəxanasına aparılıb, o, hazırda reanimasiyadadır.
Bundan başqa Belçikadan gələn 64 yaşlı turist də ağır yaralanıb. Əvvəlcə ona paresteziya, bədənin aşağı hissəsində müvəqqəti hissiyat itkisi diaqnozu qoyulub, lakin sonradan vəziyyəti pisləşib. O da infarkt keçirib və xəstəxanaya yerləşdirilib.
Alba Adriaticadan olan 44 yaşlı 3-cü qadın paresteziya ilə təcili yardım şöbəsinə yerləşdirilib.
Hüseyn İbadlı
-
Sağlamlıq03:35
Daha öncə koronavirusa yoluxanlar təhlükədədir: Yeni variant gəlir
-
İKT02:43
"WhatsApp"da daha bir YENİLİK
-
Sosial02:19
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
Qoroskop00:40
Günün qoroskopu: Sizi xoş sürprizlər gözləyir
-
Ekopublika.az00:25
Dollar ucuzlaşacaq? - İllər sonra ilk dəfə...
-
Dünya18 Sentyabr 23:27
Durovun keçmiş xanımı "Telegram"ın yarısını tələb edir: "Nikahımız rəsmi olmasa da..."
-
Dünya18 Sentyabr 22:36
Livanda rabitə cihazları yenə partladı: ölü və yaralı sayı artdı - YENİLƏNDİ
-
İKT18 Sentyabr 22:12
Alimlər Maskın "Starlink" peyklərindən zinhara gəldi: görün nəyə səbəb olur