Avropa
ŞOK İDDİA: Durov Makronla nahar etmək istəyinin TORUNA DÜŞÜB
Fransada saxlanılan "Telegram" messencerinin qurucusu Pavel Durov polisə deyib ki, o, prezident Emmanuel Makronla nahar etməlidir.
Publika.az xəbər verir ki, bu barədə “Le Canard enchaîné” satirik qəzeti (fransızcadan “Zəncirlənmiş ördək” kimi tərcümə olunur) "X" sosial şəbəkəsində yazır.
“Telegram”ın rəhbəri Pavel Durov təyyarədən enərkən onu saxlayan polisə Makronla nahar edəcəyini deyib”, - nəşr yazır.
Ehtimal olunur ki, Durov nahar masası arxasında Makronla görüşmək və anlaşmaq üçün Parislə danışıqlar aparıb. Məhz bundan sonra Fransaya uçmaq qərarına gəlib. Amma Paris bu fürsətdən onu tora salmaq üçün məharətlə istifadə edib.
Eyni zamanda, bu məlumatı Yelisey Sarayı təkzib edərək, həmin axşam dövlət başçısının Le Tukedə olduğunu qeyd edib.
Durov avqustun 24-də axşam Fransanın "Le Burje" hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar Parisə Azərbaycandan gəlib.
Fransa polisi Reuters agentliyinə bildirib ki, iş adamı Telegram-da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır.
Prokurorluq aydınlaşdırıb ki, Durov 12 cinayətdə ittiham olunan “adı açıqlanmayan şəxs”lə bağlı aparılan istintaq çərçivəsində dindirilir. İş iyulun 8-də açılıb.
Əvvəllər məlum olub ki, fırıldaqçılar Durovun həbsindən öz məqsədləri üçün istifadə etməyə başlayıblar.
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş















.jpg)



















