Avropa
Kuleba da YOLA SALINIR - Yerinə o gətirilir
Dmitri Kuleba Ukraynanın xarici işlər naziri vəzifəsindən azad edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Ukrayinska Pravda" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, XİN rəhbərinin yerinə onun müavini Andrey Sibiqanın namizədliyinə baxılır.
“Xarici işlər naziri Kulebanı işdən çıxarmağı planlaşdırırlar. Onun yerinə namizədliyi hələ də müəyyənləşdirilir. Ən çox ehtimal olunan əvəzedici şəxs isə xarici işlər nazirinin birinci müavini Andrey Sibiqadır. Mənbələr bildirir ki, hökumət başqa ixtisarlar da hazırlayır”, - nəşrin yaydığı məlumatda deyilir.
Mənbələrin məlumatına görə, baş nazir Denis Şmıxal öz vəzifəsində qalacaq.
Ali Radanın deputatı Yaroslav Jeleznyak daha əvvəl qeyd edib ki, bu həftə Ukrayna Nazirlər Kabinetində kadr dəyişikliyi baş verə bilər, o cümlədən Kuleba və ədliyyə naziri Denis Malyuska istefaya göndərilə bilər.
“Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Arakhamia da hökumətin mümkün genişmiqyaslı yenidən işə salınmasını elan edib ki, bu da tərkibin 50%-nə qədərinə təsir edə bilər.
Hüseyn İbadlı
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir


































