Avropa
Almaniyada əhaliyə müraciət edildi: Hücum gözlənilir, ərzaq ehtiyatı tutun
Almaniya sakinləri ölkədə hibrid hücumların sayının artması səbəbindən elektrik enerjisinin uzun müddət kəsilməsinə hazırlaşmalıdırlar.
Publika.az xəbər verir ki, bu barədə Əhalinin Müdafiəsi və Fəlakətlərə Yardım üzrə Federal İdarəsinin vitse-prezidenti Rene Funk mümkün fövqəladə hallar barədə xəbərdarlıq edib.
"Vətəndaşlara müraciət edirəm: fövqəladə hallara hazır olun, bu, elektrik enerjisinin uzun müddət kəsilməsini əhatə edə bilər", - Almaniya rəsmisi deyib.
Funk, xaricdən kritik infrastruktura edilən hücumların sayının artdığını, Almaniyanın hər gün bir çox hibrid hücumlarla üzləşdiyini açıqladı.
"Biz təkcə hərbi müdafiəyə deyil, həm də mülki müdafiəyə və təbii fəlakətlərdən qorunmağa hazır olmalıyıq. Vətəndaşlar ərzaq ehtiyatı da tutmalıdırlar", o deyib.
Tural
-
Avropa11:00Ukrayna dondurulmuş Rusiya aktivlərindən 49,4 milyard dollar əldə etdi
-
İKT10:09Mask: İnsanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq
-
Region09:37Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlandı
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək





































.jpg)
