Avropa
Hesabat yayıldı: Rusiyaya silahlar bu ölkələr üzərindən ötürülür: Ermənistan, Hindistan...
Mayın 20-də Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclasında Almaniya Xarici İşlər Nazirliyinin daxili hesabatına əsasən, gələcək mümkün sanksiyalar, əvvəlki uğur və çatışmazlıqlar müzakirə edilib.
Publika.az xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.
Qapalı iclasda yüksək səviyyəli rəsmilər, o cümlədən Aİ-nin sanksiyalar komitəsinin rəhbəri Devid O'Sullivan və Aİ-nin Kəşfiyyat Koordinasiya Ofisinin direktoru Daniel Markiç iştirak edib.
Məlumata görə, O'Sullivan və Markiç sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir edəcəyini vurğulayıblar. Bildirilib ki, Aİ, xüsusilə Ermənistan, Serbiya, Özbəkistan və Hindistan kimi ölkələrlə bağlı sanksiyalar siyasəti çərçivəsində üçüncü ölkələr vasitəsilə hərbi ixracat sahəsində müəyyən uğurlar əldə edib.
“İdxal məlumatları bizə fərqli nəticələr çıxarmağa imkan verdi. Çin, o cümlədən Honq-Konq "sanksiyalardan yayınmanın təxminən 80%-nə" cavabdehdir və bunu inkar etməyə davam edir. Bundan əlavə, prosesdə Aİ şirkətləri də iştirak edir ki, bu da Aİ Komissiyasının üçüncü ölkələrlə sanksiyalarla bağlı danışıqlarda mövqeyini zəiflədir”, - O'Sullivan deyib.
Tural
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO






































