Avropa
Rusiya ən qiymətli təyyarəsini Ukraynadan uzaqlaşdırır: Nə baş verib?
Ukrayna pilotsuz təyyarələri Rusiya aerodromlarına hücum etdikdən sonra Rusiya ən qiymətli hərbi təyyarəsini Ukraynadan çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.
Məlumata görə, ruslar iki Tu-160 strateji bombardmançı təyyarəsini cəbhə xəttindən 4000 mil (təxminən 6437 kilometr) uzaq “Anadır” aviabazasına köçürüb.
Maraqlıdır ki, ona yalnız hava və dəniz yolu ilə çatmaq olar, bunu peyk görüntüləri sübut edir. Nəşr qeyd edir ki, bu aerodrom Alyaskadan təqribən 660 km məsafədə, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. O, Soyuq Müharibə dövründə - Rusiyanı Amerika Birləşmiş Ştatlarının potensial hücumlarından qorumaq üçün yaradılıb.
"Tu-160 səsdən sürətli bombardmançı təyyarələri nüvə silahı daşıya bilir və Rusiya arsenalında ən bahalısıdır, birinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, Amerika bombardmançı donanmasının əsasını təşkil edən B-52 Stratofortress təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir", - müəlliflər vurğulayıblar.
Lakin Tu-160-lar təkcə bahalı bombardmançılar deyil, həm də olduqca nadirdir. Rusiyada bu təyyarələrdən yalnız 16-nın xidmətdə olduğu güman edilir. Bununla belə, Ukrayna bu Tu-160-ların bəzilərinin “Hörümçək toru” əməliyyatı çərçivəsində 1 iyun hücumu zamanı zədələndiyini bildirib.
Kral Birləşmiş Xidmətlər İnstitutunun hava qüvvələri üzrə baş elmi işçisi, professor Castin Bronkun qeyd edib ki, “Anadır” bazasından alınan görüntülər Kremlin "sonrakı dron hücumları riskini azaltmağa çalışdığını" göstərə bilər.
Akqabay
-
Ekologiya11:45Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
-
İdman11:34Hələ belə avtoqol olmamışdı - VİDEO
-
Dünya11:26Ticarət mərkəzindəki dəhşətli yanğında ölənlərin sayı 5-ə çatdı - YENİLƏNİB
-
Hadisə10:12Şamaxı və Ağsuda zəlzələ oldu - YENİLƏNİB
-
İKT08:36Qazaxıstanda süni intellektlə bağlı SƏRT QANUN - Bu, məcburi olacaq
-
Ekologiya07:17Bakıya sulu QAR YAĞACAQ - 4 dərəcə şaxta olacaq
-
Magazin206:16Türk məşhurlar qırmızı xalıda… - VİDEO
-
Sağlamlıq05:15Miqrenlə mübarizə aparan MÖCÜZƏVİ QİDALAR






































