Avropa
Alman şirkətləri kütləvi ixtisarlara başladı
Almaniyada biznes strukturları 2025-ci ilin birinci yarısında 37,7 min işçini ixtisar etmək niyyətində olduqlarını bəyan ediblər. Bu, koronavirus pandemiyasından bəri bu dövr üçün ən yüksək göstəricidir.
Publika.az xəbər verir ki, bunu "RİA Novosti" Avropa Yenidənqurma Monitorunun məlumatlarına əsasən hesablayıb.
Almaniyada ixtisara məruz qalan işçilərin sayı artıq üçüncü ildir ki, artmaqdadır. Əgər 2022-ci ilin birinci yarısında şirkətlər təxminən 9,6 min nəfəri ixtisar etməyi planlaşdırırdısa, 2025-ci ilə qədər bu rəqəm 37,7 minə çatıb.
Bu, ilin birinci yarısında 48,1 min vəzifə üzrə rekord ixtisarların elan edildiyi 2020-ci ildən bəri ən yüksək göstəricidir. Eyni zamanda, böhranın digər dövrlərində ixtisar planları indikilərdən bir qədər yüksək idi. Qlobal maliyyə böhranının pik dövründə alman şirkətləri 40 min, Avropada borc böhranının qızğın vaxtında isə 40,8 min işçini ixtisar edib.
2025-ci ilin birinci yarısında ixtisarların əsas hissəsi sənaye sektorunda olacaq. 28 qurum 20,7 min işçini ixtisar tmək niyyətindədir. Bunlardan doqquz müəssisə avtomobil istehsalçıları və ya avtomobil sənayesinin təchizatçılarıdır.
İki logistika şirkəti 8,2 min, doqquz ticarət təşkilatı 4,5 min, bir bank 3,3 min ştatını ixtisar etməyə hazırlaşır. Səhiyyə, elektrik enerjisi, tikinti və media sənayesində işdən çıxarılma təxminən min nəfərə təsir edəcək.
Adəm
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi


























.jpg)







