Avropa
Rusiya təhlükəsi? - London və Berlin qarşılıqlı müdafiəyə hazırlaşır
London və Berlin xarici təhdidlər zamanı qarşılıqlı yardım haqqında bəndi özündə əks etdirən genişmiqyaslı saziş imzalamağı planlaşdırır.
Publika.az xəbər verir ki, "Politico" bu barədə səlahiyyətli mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, danışıqların 18 mərhələsi ərzində hazırlanmış sənədin mətni son variantına yaxınlaşır. Sazişin 2025-ci il iyulun 17-də imzalanacağı gözlənilir.
Müqavilənin əsas hissəsi keçən ilin oktyabrında Britaniyanın paytaxtında imzalanmış ikitərəfli "Trinity House" paktı çərçivəsində müdafiə sahəsində əməkdaşlığa aiddir. Paktda qeyd olunur ki, bir tərəf üçün strateji təhlükə avtomatik olaraq digər tərəf üçün təhlükə hesab olunur.
Bu müddəanın daxil edilməsi avropalı tərəfdaşların Amerikanın Avropadakı hərbi mövcudluğunun azaldılması kontekstində təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istəyini vurğulayır.
"Trinity House" sazişi NATO-nun şərq sərhədində tərəfdaşların birgə təlimlərini, pilotsuz uçuş aparatlarının birgə istehsalını və Şimal dənizində sualtı infrastrukturun mühafizəsini nəzərdə tutur. Digər mühüm aspekt, Şimali Atlantikanın monitorinqi üçün Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Boeing P-8A Poseidon" dəniz kəşfiyyat təyyarəsinin Şotlandiyanın "Lossiemut" aviabazasında yerləşdirilməsinin planlaşdırılmasıdır. Böyük Britaniyada "Rheinmetall" artilleriya zavodunun açılması da planlaşdırılır.
Qeyd edək ki, tərəflər süni intellekt sahəsində əməkdaşlıq və hər iki ölkənin mövcud silah modellərini üstələyən geniş diapazonlu yüksək dəqiqlikli raketlərin birgə hazırlanmasına başlanması barədə razılığa gəliblər.
Adəm
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?






































