Sosial
İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik aşkarlandı
İsmayıllı rayonunda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə meşəlik ərazidə gizlətdiyi müəyyən olunub.
Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər













.jpg)



















.jpg)
