İdman
Zlatan İbrahimoviç Messi ilə bağlı görün nələr deyib
İsveç milli komandasının keçmiş hücumçusu Zlatan İbrahimoviç Lionel Messinin tamamilə fərqli bir səviyyədə olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə “FOX Sports” məlumat yayıb.
"Pele, Maradona, Kroyf və ya kimi istəyirsinizsə adını çəkin, onların hamısı parlaq futbolçular olublar, lakin Messinin statistikası, uzunömürlülüyü və qazandığı kuboklar onu ayrıca bir kateqoriyaya qoyur", - deyə İbrahimoviç bildirib.
Argentina millisi dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstriya komandasını 2:0 hesabı ilə məğlub edib.
Messi 9-cu dəqiqədə penaltini qaçırsa da, 39-cu dəqiqədə hesabı açıb. O, 90+5-ci dəqiqədə dubl edərək matçın yekun nəticəsini müəyyənləşdirib. Bu qol onun dünya çempionatlarında vurduğu 18-ci qol olub. Bununla da argentinalı 16 qolu olan Miroslav Klozeni geridə qoyaraq dünya çempionatları tarixinin ən yaxşı bombardiri siyahısında birinci yerə yüksəlib. Kriştian Ronaldo 15 qolla üçüncü pillədə qalır.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransa millisinə qalib gələn Argentina yığmasıdır.
Hüseyn İbadlı
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 29 İyul 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil29 İyul 18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT29 İyul 16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin129 İyul 15:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə29 İyul 14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq29 İyul 14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi


















.jpg)



















